Xocalı rayon İcra Hakimiyyətinin Xocalı
soyqırımının otuzuncu ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi ilə bağlı Tədbirlər Planına uyğun
olaraq Xocalı rayon Meşəli
kənd tam orta məktəbində “Xocalı soyqırımı şagirdlərin gözü ilə” devizi altında
inşa və rəsm müsabiqəsi təşkil edilib, anım tədbiri keçirilib.
Anım mərasimində şəhidlərimizin ruhu bir dəqiqiəlik
sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Aqil Alışıov, məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Natalya Yusibova, tarix müəllimi Sabir
Qasımov Xocalı soyqırımının törədilməsi və onun nəticələri haqqında şagirdlərə ətraflı
məlumat verdilər.
Sonda şagirdlərin Xocalı soyqırımına həsr olunmuş bədii
kompozisiyası və şeirləri dinlənildi.